Qadin.NET / Ketrin Zeta-Consun qızı atası haqqında danışdı-FOTO

Ketrin Zeta-Consun qızı atası haqqında danışdı-FOTO

Ketrin Zeta-Consun qızı atası haqqında danışdı-FOTO


Ketrin Zeta-Cons qızı Keris ilə birlikdə “Town & Country” jurnalının sentyabr nömrəsinin qəhrəmanları olub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, onlar jurnalın üz qabığı üçün kamera qarşısına keçib poza veriblər. Ulduzun 15 yaşlı qızı sanki anasının eynisidir, onlar bir-birinə çox bənzəməsi ilə diqqət çəkib. Yeri gəlmişkən, qız müsahibəsində bildirib ki, mətbuatın nəzarəti altında tanınmış aktyor ailəsində böyümək asan olmayıb. Kresinin sözlərinə görə, məşhur övladı olduğu üçün onu məktəbdə çox sıxışdırıblar. Qız öz sinif yoldaşlarının açıq-aşkar təzyiqi üzləşib.

Tez-tez qızın üzünə vurublar ki, atası ilə anası arasında böyük yaş fərqi var. Valideynləri arasındakı 25 yaş fərqi həmyaşıdlarına bəhanə verib ki, Kerisin həyatını müzakirə etsinlər.

“Adamlar adətən deyirdi ki, baban səni aparmağa gəlib”, - deyə Keris əlavə edib.

Bundan başqa, ulduz qızı valideynləri haqqında yazılan xəbərlərin onun psixologiyasına mənfi təsir etdiyini bildirib:

“Bir dəfə "Maykl Duqlas yenə də xərçəngə yoluxub və bir ay sonra öləcək” başlığı ilə xəbər oxudum və ağlamağa başladım. Onda düşündüm ki, valideynlərim niyə mənə bunu deməyiblər? Lakin bütün bunlar yalan idi. İnsanlar sadəcə reytinq yığmaq istəyirdi.

Hazırda Keris məktəbdə oxuyur və orta təhsilini başa vurduqdan sonra nə ilə məşğul olmaq istədiyi barədə ciddi düşünür. Qız etiraf edir ki, ikona stili olan anası onun üçün örnək və nümunədir. Aktrisa da öz növbəsində etiraf edib ki, qızının özünəməxsus üslubu var və ondan çox ilham alır:

“O, müasir görünür, eyni zamanda seçdiyi geyim yaşı ilə uzlaşır. Heç vaxt ehtiyac olmayıb ki, qızıma "Düşünürəm ki, bu yersiz görünür" deyim.

Ketrin Zeta-Consun qızı atası haqqında danışdı-FOTO

Ketrin Zeta-Consun qızı atası haqqında danışdı-FOTO

Ketrin Zeta-Consun qızı atası haqqında danışdı-FOTO

Ketrin Zeta-Consun qızı atası haqqında danışdı-FOTO


3 avqust 2018
GO BACK