Qadin.NET / 12 yaşlı oğlan tələbə oldu-FOTO

12 yaşlı oğlan tələbə oldu-FOTO

12 yaşlı oğlan tələbə oldu-FOTO


Fitri istedada malik, 12 yaşı yenicə tamam olmuş Karlos Antonio Meksika Milli Avtonom Universitetinin (UNAM) tələbəsi oldu.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Antonio 9 yaşından universitetdə kurslara qatılıb. O, universitetdə kursları uğurla dinləyib, analitik kimya, biokimya və molekulyar biologiya üzrə dərəcə alıb. Karlos Antonio Santamariya valideynin əlindən tutaraq gətirdiyi yeganə tələbə olacaq.

Ali məktəbə qəbul edilmək məqsədilə Santamariya orta məktəbdə kamal attestatı almaq üçün ekstern imtahan verib. “Mən, sadəcə, oxumaq istəyirəm. Onlar məni qapıdan qoymasalar, pəncərədən girəcəyəm”, - deyə azyaşlı tələbə bildirib.

Təbriklərə ABŞ-ın Meksikadakı səfiri də qoşulub, oğlanı “Meksikanın istedadı və dahisi” kim dəyərləndirib.

12 yaşlı oğlan tələbə oldu-FOTO

12 yaşlı oğlan tələbə oldu-FOTO

12 yaşlı oğlan tələbə oldu-FOTO

12 yaşlı oğlan tələbə oldu-FOTO


3 avqust 2018
GO BACK