Məşhur aktrisa, Hollivud ulduzu, 49 yaşlı Cennifer Eniston "İnStyle" jurnalına verdiyi müsahibəsində belə deyib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, o, sevgilisi Castin Terudan ayrılmasına heyfislənmir.
Amerikalı komik və teleaparıcı Cimmi Kimmelin xanımı Molli MakNeyrinin suallarını cavablayan aktrisanın dediyinə görə, ana olmaması sırf tibbi səbəblərlə, orqanizmi ilə bağlı ola bilər.
"Haqqımda yazılanlara fikir vermirəm, çünki gün keçdikcə barəmdə daha absurd şayiələr yayırlar. Ana ola bilməməyim, indiyədək hamilə qalmamağımla bağlı məsələləri də müzakirə mövzusuna çevirmək istəmirəm. Bu, mənimçün həssas məsələdir", - C.Eniston söyləyib.