Ozon təbəqəsi, CFC adlı zərərli qazların qadağan edilməsindən sonra bərpa olunmağa başlamışdı və 2060-2075 illəri arasında normal səviyyəsinə dönəcəyi hesablanmışdı. Ancaq bilinməyən bir qaynaq qadağan edilən qazları yenidən istifadə etməyə başladı.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ozon təbəqəsi, 1970-ci illərdə istifadə edilməyə başlayan CFC qazlarına görə yırtılmışdı və dünyaya Günəşdən gələn zərərli ultrabənövşəyi şüalarının çatmasına səbəb olmuşdu.
Qlobal istiləşmənin təməl səbəblərindən də olan CFC qazları Dünya üçün təhlükə yaradır.
CFC qazlar hələ zərər verəcək səviyyədə olmasa belə, ozon təbəqəsi üçün təhlükə yaradır. Səlahiyyətli şəxslər qazın qaynağını tapmağa çalışır. Qaz səviyyəsi daha da artsa, indiyə qədər elm insanlarının bütün səyləri boşa getmiş olacaq. Ultrabənövşəyi şüa təhlükəsi insanlıq üçün yenidən böyük bir problem halına gələcək.
CFC qazları 1990-cı ildə Londonda başlayan və sonradan Monreal Protokolu adını alan bir Beynəlxalq razılaşma vasitəsilə qadağan edildi.