Qadin.NET / Kral tacı oğurlandı-FOTO

Kral tacı oğurlandı-FOTO

Kral tacı oğurlandı-FOTO


İsveçdə IX kral Karlın tacı saxlandığı yerdən oğurlanıb.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, hadisə Stokholmdan 120 km uzaqlıqda yerləşən Strangnas şəhərinin XVII əsrə aid olan kafedral kilsəsində baş verib. IX kral Karlın dəfnində istifadə edilən əşyalarla və əsası ilə yanaşı, onun və həyat yoldaşı kraliça Kristinanın taclarını da oğurlayıblar.

Yerli jurnalistlər oğurlanan əşyaların çox qiymətli olduğunu qeyd edir.

Şahidlərin verdiyi məlumata əsasən, oğurluğu bir neçə nəfərdən ibarət cinayətkar qrup həyata keçirib. Şahidlər, habelə bildirib ki, oğrular hadisə yerini motorlu qayıqdan tərk ediblər.

Cəmiyyətdə böyük əks-səda doğuran oğruluq hadisəsi ilə bağlı İsveç polisi istintaq işlərinə başlayıb. Yerli polisin rəsmisi Tomas Agnevikin sözlərinə görə, axtarışlar yerdə, suda və havada aparılır.

Polis cinayətkarların gizləndiyi yerin ifşası üçün bütün istiqamətləri yoxlayır.

Kral tacı oğurlandı-FOTO

Kral tacı oğurlandı-FOTO


2 avqust 2018
GO BACK