Vyetnamın şərqində Da Nang şəhərində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yeni körpü istifadəyə verilib.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, yeni açılmasına baxmayaraq körpü böyük marağa səbəb olub. Sosial şəbəkələrdə körpünün şəkillərinin yayılmasından sonra bura gələn turistlərin sayı durmadan artır.
Təqribən 150 metr uzunluğunda olan və "The Gold Bridge" adlanan körpü 1 il ərzində tikilib. Metal konstruksiya üzərində tikilən körpünün dayaqları yoxdur və onları daşdan düzəldilmiş iki nəhəng əl əvəzləyir.
Həmin daş əllər körpüyə qeyri-adi görüntü gətirib. Xüsusi maraqla qarşılanan bu körpü sanki fantastik filmlərdə gördüyümüz səhnələrdən bir parçadır.