Qadin.NET / İçtimai çirmərliklərin sayı kəskin azalıb

İçtimai çirmərliklərin sayı kəskin azalıb

İçtimai çirmərliklərin sayı kəskin azalıb


Xəzər dənizinin sahilində ictimai çimərliklərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Odur ki, istirahət etmək istəyənlərin əksəriyyəti müəyyən məbləğ ödəməklə özəl çimərliklərə getməyə məcbur olurlar.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, söhbət hamı üçün nəzərdə tutulan və istirahət üçün heç bir ödəniş tələb edilməyən ictimai çimərliklərdən gedir. Paytaxt sakinləri düşünürlər ki, belə çimərliklərin sayı durmadan azalır.

Barmaqla sayılacaq qədər az olan belə çimərliklərin durumu da sözün əsl mənasında acınacaqlıdır. Çünki bu çimərliklərdə təmizliyə nəzarət və riayət edilmir.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, ictimai çimərliklərin sayının az olması birbaşa ölkəyə olan turist axınına mənfi təsir edən amildir. Onun sözlərinə görə, ictimai çimərliklərin yaradılmasına və ona nəzarətə ciddi ehtiyac var.

Ekspert deyir ki, xarici ölkələrdə, xüsusən də turistik zonalarda ictimai çimərliklər geniş yayılıb və belə istirahət zonalarının sayının çox olması birbaşa turist axınına hesablanıb.

Qeyd edək ki, bu il Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. 

31 iyul 2018
GO BACK