Zəhərli tullantıların təkrar istehsala qaytarılaraq bazarlara çıxarılması geniş rezonans doğurub. Xüsusilə də əldə edilən xammaldan uşaq ayaqqabılarının istehsalında istifadə edilməsi dünya mediasının gündəmini zəbt edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə azyaşlılar üçün istehsal edilən ayaqqabıların sağlamlığa zərərli olduğu təsbit edilib. İtaliyanın Milan şəhəri və ətraf rayonlarında aparılan araşdırmalar zamanı məlum olub ki, zərərli tullantılar qeyri-qanuni şəkildə yenidən istehsala qaytarılaraq xüsusi anbarlarda çalışan şəxslərə satılır. Həmin işlərdə şübhəli bilinən 9 nəfər saxlanılıb.
Məlumatda qeyd olunub ki, zərərli tullantılardan əldə edilən xammaldan uşaq ayaqqabılarının və bir sıra üst geyimlərinin istehsalında istifadə edilir. Bu səbəbdən ölkədə tullantı toplanılması ilə məşğul olan şirkətlərdə monitorinqlər aparılıb, onların bu tullantıları qanuni yollara toplayıb məhv etdikləri, yoxsa qeyri-qanuni şəkildə bəzi şirkətlərə satdıqaları araşdırılıb.
Eyni zamanda o da qeyd edilib ki, bu tullantılardan əldə edilən saxta “PVC” xammallar normal bazar qiymətindən 3 dəfə ucuz satıldığı üçün Türkiyə, Meksika, Kanada, Mərakeş və bir çox başqa ölkələrdə fəaliyyət göstərən şirkətlərin marağını cəlb edir. Şirkətlər bu xammallardan plastik sənayedə, uşaq ayaqqabısı və rezin çəkmə kimi çox sayda məhsulların istehsalında istifadə olunur.
Faktla bağlı cinayət işı açılıb, qeyri-qanuni tullantı ticarəti ilə məşğul olan 12 nəfər haqqında araşdırma başladılıb. 9 nəfər tutulub. Bu günə qədər bu yolla 2 milyon avroya yaxın gəlir əldə olunub.