Beynəlxlalq Təbiəti Qoruma Birliyi (IUCN) qırmızı kitabına düşən pələnglərlə bağlı həyəcan təbili çalıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, IUCN açıqlamasına görə, hazırda vəhşi təbiətdə cəmi 3900 pələng mövcuddur. Bu rəqəm 1900-cü ildə 100 min civarında idi.
IUCN yaydığı məlumatda aşağıdakılar qeyd olunur.
— Pələnglərin iki milyona yaxın yaşı var. Dünyaya Asiya qitəsindən yayılıb.
— Pələnglər yaşadğını ekoaləmdə tənzimləyici funskiyaya malikdir. O, heyvan pramidasının ən üst qatında yer alır. Aşağı qatdakı canlılarla bəslənərək onların saylarını normada saxlayır. Bununla həm xəstəliklərin qarşısı alınır, həm də bitki-heyvan nisbəti qorunur.
— Pələnglər çətir tolunu oynayır. Bir pələngin yaşaması üçün 100 kvadrat kilometr əraziyə ehtiyac var. Pələnglər üçün ərazilərin qorunması dolayısı ilə orada digər heyvanların da yaşaması üçün yeni imkanlar yaradır.
- Hər bir pələngin zolaqları onun tanınıtım vəsiqəsidir. Yəni insanların barmaq izləri kimi, pələnglərin zolaqları da fərqli olur.