Qadin.NET / Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO

Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO

Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO


Mərkəzi Amerikanın şimal-şərqində yerləşən Belizin "Coco Plum" adasına daxil olmaq üçün 21 yaşınızı tamamlamağınız mütləqdir.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünyanın bir çox yerində qadağa edilən hərəkətlər burada sərbəstdir.

Hətta adada qalan şəxs istəsə çılpaq da gəzə bilər. Ancaq adada qalmaq üçün ödəyəcəyiniz məbləğ o qədər də az deyil. Adada dünyanın ən lüks otellərindən biri yerləşir. Bir nəfər "Coco plum" adasında bir həftə qalmaq üçün 6 min dollar ödəniş etməlidir.

Lakin 6 min dollar ödəyə bilmək adada qalmaq üçün yetərli deyil. Tətil üçün müraciət edəndən sonra sizin sıranızın gəlməsini gözləməlisiniz. Çünki ada hər həftə ancaq 48 ziyarətçi qəbul edə bilir.

Adaya gedə bilmək üçün vacib şərtlərdən biri də 21 yaşınızı tamamlamış olmağınızdır. Ada bal ayı keçirmək istəyənlər başda olmaqla hər yaşda cütlüyü qalmaq istəyəcəyi məkandır. Ancaq uşaqlı ailələr qəbul edilmir.

Oteldə qalacağınız otaqlar ev tiplidir və bir-birindən çox uzaqdadır. Hər il adada qalmaq üçün kütləvi müraciətlərin qeydə alınır

Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO

Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO

Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO


29 iyul 2018
GO BACK