Qadin.NET / Marsda şəhər salınacaq-VİDEO

Marsda şəhər salınacaq-VİDEO

Marsda şəhər salınacaq-VİDEO


Amerika Milli Kosmik Agentliyi (NASA) Mars planetində astronavtlar üçün evin hazırlaması üzrə müsabiqənin finalçılarını seçib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, birinci yer Arkanzas ştatından olan komanda tutub.

Onların fikrincə, robotlar evin tikintisi üçün lazımlı resursları Marsda toplayacaqlar və evi 3D-printerlərinin köməyi ilə çap etmək mümkün olacaq. Müəlliflər iddia edirlər ki, bu texnologiya binanın sahəsini, həmçinin orada qalacaq insanlarının sayını artırmağa imkan verəcək.

Beş ən yaxşı layihənin müəllifləri yüz min dollar məbləğində mükafat fondunu öz aralarında bölüblər. Onların işləri NASA-nın rəsmi saytında dərc edilib.

Təşkilatçılar ümid edirlər ki, onun iştirakçıları bəşəriyyəti yeni planetlərin mənimsənilməsinə yaxınlaşdıra biləcəklər.

29 iyul 2018
GO BACK