Myanmanın dağlıq bölgələrində yaşayan çin tayfasından olan qadınlar və qızların üzləri döymələrlə doludur.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu tayfadakı qızlar 12-14 yaşlarına çatanda onların üzləri tatuajla örtülür. Tatuların vurulması prosesi ağrılıdır, bir neçə gün davam edir.
Qədim rəvayətlərə görə, tayfanın ağsaqqalları kralın qızları oğurlayıb özünə cariyə etməsinə yol verməmək üçün qızların üzlərinin tatularla örtülməsinə qərar veriblər.
Adət 1960-cı illərədək qalmışdı. Sonucda ölkə hakimiyyəti işə qarışaraq çin tayfasında qadınların üzlərini tatularla bəzəmələrini yasaqlayıb.
Bu tayfadakı qadınlar qulaqlarına nəhəng sırğalar da taxırlar.
Polyak fotoqraf Adam Koziol çin tayfasında olaraq fotosessiya hazırlayıb.