"Hunter Correctional Centre" həbsxanası Avstraliyanın Sidney şəhərindən 150 km şimaldadır.
Sesnok şəhərində yerləşən bu həbsxana bir ilə tikilib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, dünyanın ən müasir, ən sərt rejimli və təhlükəsizlik tədbirlərinin maksimal səviyyədə olduğu "Hunter Correctional Centre"də 400 məhbus cəza çəkir.
Məhbuslar qapıları olmayan kameralarda yaşayırlar. Konteynerə bənzəyən bu kameralar 16 sektordan ibarət bölmələrdən ibarətdir. Hər bölmədə 25 məhbus var.
Məhbusların hamısı səhərin erkən saatlarından 17.00-a qədər işləyir, oxuyur, peşə qabiliyyətləri əxz edirlər.
Həbsxana istifadəyə veriləndən bəri orada nəzarətçilərə hücumlar, qaçış cəhdləri olmayıb.
Məhbusların hər biri yaşadığı konteynerdə sensor ekranlı televizorla təmin olunub. O, yüzlərlə telekanal arasında seçdiyi telekanala baxa bilər. Bundan başqa, məhbuslar axşam saatlarında, istiraşət zamanı rahatlıqla telefondan istifadə edə bilərlər.
Həbsxananın 225 əməkdaşı var.