Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktrisa İtaliyada ən məşhur istirahət məkanlarından olan Portofinoda dincəlir.
Bura çəkiliş üçün gələn Cennifer dincəlməyə də vaxt ayırıb. Aktrisa ekran işində keçmiş sevgilisi Adam Sendlerlə birlikdə çəkilir.
Günəş vannası qəbul edən Eniston paparassilərin obyektivindən qaça bilməyib. Əhvalı yaxşı olan aktrisanın xoşbəxt günlərinin səbəbinin yaşadığı eşq olduğu deyilib. Belə ki, ingilis mediası onun 44 yaşlı amerikalı milyarder Sergey Brina ilə görüşdüyünü yazıb. Onları Qvinet Peltrou tanış edib. Eniston bu münasibətdən çox məmnundur. Aktrisanın milyarderlə eşqi isə həm dərgilərdə, həm internet protallarında, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub.