Yer kürəsinin ən yaşlı insanı, Yaponiya sakini Çiyo Miyako 117 yaşında Yokoqama şəhərində vəfat edib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.
Çiyo Miyako 1901-ci il mayın 2-də anadan olmuşdu. Hazırda planetin ən yaşlı sakini statusu onun həmyerlisi Kane Tanakeyə keçib. K.Tanake isə 1903-cü il yanvarın 2-də dünyaya gəlib.