Qadin.NET / İsrail "Eurovision 2019"a ev sahibliyini itirə bilər

İsrail "Eurovision 2019"a ev sahibliyini itirə bilər

İsrail "Eurovision 2019"a ev sahibliyini itirə bilər


İsrail "Eurovision-2019" mahnı müsabiqəsinə ev sahibliyi hüququnu itirmək təhlükəsi ilə üz-üzədir. 

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna səbəb İsrailin milli yayım şirkəti olan "Kan" telekanalıdır. belə ki, telekanal beş gün ərzində avropalı kuratorların (Avropa Yayım Birliyi) hesabına 12 milyon avro məbləğində girov qoymalıdır.

Məlumata görə, hökumət korporasiyanın büdcəsini artırmayacağını bəyan edəndən sonra "Eurovision" təşkilinə məsul olan "Kan" telekanalının rəhbərliyi Baş naziri Binyamin Netanyahu, maliyyə naziri Moşe Kahlon və rabitə naziri Ayub Karaya məktub göndərərək beynəlxalq müsabiqənin keçirilməsinin təhlükə altında olduğunu bildirib.

Rabitə naziri korporasiyaya girov məbləğini bağlamaq üçün kredit götürməyi təklif edib, lakin "Kan" kredit şərtlərini rədd edib. Eyni zamanda bu il üçün büdcənin artırılmasını tələb edib. Müsabiqənin aqibəti 5 gün içində müəyyənləşəcək. 

Qeyd edək ki, "Eurovision 2018"də İsrail təmsilçisi Netta Barzilay "Toy" mahnısı ilə qalib gəlmişdi.

26 iyul 2018
GO BACK