Müğənni Mahsum Kırmızıgül paylaşımı ilə izləyicilərini sevindirib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçı 2015-ci ildə işıq üzü görən və tamaşaçılar tərəfindən bəyənilən ""Möcizə" filminin ikinci hissəsinin çəkiləcəyini bildirib.
O, filmlə bağlı foto paylaşaraq yazıb:
"Film sevərlərin rəğbətini qazanan "Möcizə"nin davamı gəlir. "Möcizə 2" Avropa və Türkiyədə 1 mart 2019-cu ildə təqdim olunacaq".
Qeyd edək ki, 2015-ci ildə göstərilən ekran işinin rejissoru, ssenaristi və prodüseri M.Kırmızıgül olub. Filmdə baş rollarda sənətçidən başqa, Talat Bulut, Mert Turak, Erdem Yener və Büşra Pekin oynayıb.