Uzun illər boyu “Kurtlar Vadisi” serialında Polad Ələmdar rolunu canlandıran aktyor yeni layihəsi ilə pərəstişkarlarını sevindirəcək.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, aktyoru nəhayət, başqa rolda görə biləcəyik. 46 yaşlı N.Şaşmaz ssenarisini özünün yazdığı beynəlxalq səviyyəli serialda cənubi azərbaycanlı şair Şəms xarakterini canlandıracaq.Şəms Təbrizi kimdir?Şəms Təbrizi (d. 1185 – ö. 1248) — mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alim və şairdir. Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar da müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə oluduğuna da israr edir. Hər halda əsərlərindən və sufilik fəaliyyətindən belə bir nəticə çıxarmaq olar ki, o, kamil ilahiyyat təhsili görüb.Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını allb. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə seçilib. İran alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır ki, Şəmsəddin Təbrizi ruh qədər incə idi. O, dinin və həqiqətin günəşi idi.Şəmsin müridləri çox olub. Onların arasında Əbu Bəkr Sələbaf Təbrizi, Rüknəddin Səcasi və başqaları da vardı. O, həmişə qara rəngli keçə libas geyərmiş. Çoxlu səyahətlərə çıxmış, əsasən, karvansaralarda yaşayıb. 1244-cü il 26 noyabrda Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında Şəms sonralar ən məşhur şairlərdən olan Cəlaləddin Rumi ilə görüşür və bu tanışlıq möhkəm dostluğa çevrilir. Onların bu görüşünü müasirləri iki dənizin qovuşması kimi qiymətləndirir, bu görüşü "Mərc əl Bəhreyn" adlandırırlar. Şəmsin yüksək insani keyfiyyətləri, sufi ideyalarına dərindən sədaqəti Rumini özünə cəlb edir. Rumi onu özünün mürşidi elan edərək, elmi fəaliyyətini dayandırır, mədrəsədəki işini buraxır.