Estoniyanın "Nobe Cars" şirkəti üçtəkərli elektromobil istehsal etməyə başlayıb.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, "Nobe" adlanan elektromobilin ilk alıcısı "Angry Birds" oyununu yaradıcısı Piter Vesterbaka olub. O, həm də "Nobe Cars"ın brend meneceridir. İkinci elektromobili isə "Unity Technologies" şirkətinin yaradıcısı Devid Helgason əldə edib.
"Nobe" şirkətinin yaradıcısı Roman Mulyar ümid etdiyini bildirib ki, elektromobil vasitəsilə Estoniya digər istehsalçılar arasında öz yerini tuta biləcək.