Türkiyənin məşhur aktrisası Beren Saat müğənni həyat yoldaşı Kənan Doğulu ilə istirahətə yollanıb.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, o, tətil üçün seçimini Bodrumdan yana edib.
Aktrisa ötən gün otelin çimərliyində paparassilər tərəfindən görüntülənib. Yarım saat dənizdə üzən Berenin sahildəki zibillər diqqətini çəkib.
Onun sudan çıxaraq yerə tökülən zibilləri toplaması böyük marağa səbəb olub.