TRT 1-də yayımlanan əfsanəvi serial "Ayrılsak da beraberiz"in baş qəhrəmanları illər sonra bir araya gəliblər.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, 1999-cu ilə efirə çıxan layihənin ulduzları Hakan Yılmaz və Janset Paçal foto çəkdirərək instaqrama paylaşıblar.
Hakan şəkillərə "İllər sonra... Canım dostum" şərhini yazıb. Uzun müddətdir ki, efirlərdən uzaq gəzən J. Paçalın xarici görünüşü də müzakirələrə səbəb olub. İnstaqram istifadəçiləri onu tanımaqda çətinlik çəkiblər.