Qadin.NET / Ronaldunun tibbi testləri həkimləri heyrətləndirdi

Ronaldunun tibbi testləri həkimləri heyrətləndirdi

Ronaldunun tibbi testləri həkimləri heyrətləndirdi


İtaliyanın “Yuventus” klubuna keçən portuqaliyalı futbolçu Kriştianu Ronaldunun cari fiziki vəziyyətini 20 yaşlı insanın sağlamlığı ilə müqayisə etmək olar.

Qadin.Net publika.az -a istinadən xəbər verir ki, bu haqda Tvitter hesabında jurnalist Matteo Bonetti yazıb.

 

Tibbi müayinənin nəticələri göstərdi ki, Ronaldunun orqanizmində piyin miqdarı cəmi 7 faizdir, hərçənd orta hesabla bu göstərici adətən 10-11 təşkil edir.

 

Qeyd edək ki, Ronaldu iyulun 10-da Madrid “Real”ından “Yuventus” keçib. İtaliyalılar hücumçunun keçidi üçün 112 milyon avro ödəyiblər.

 

24 iyul 2018
GO BACK