Malayziyalı fotoqraf Keov Vee Loonq nüvə fəlakətinin yaşandığı Yaponiyanın Fukuşima şəhərini çəkib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 2011-ci ildə 8.9 bal gücündə zəlzələnin ardından sunami fəlakəti ilə sarsılan şəhərdəki nüvə stansiyasında partlayış baş vermişdi.
Sözügedən nüvə stansiyasına 20 km məsafədəki bütün ərazilər "qadağan olunmuş bölgə" elan edilib. Əraziyə giriş-çıxışa icazə verilmir.