Aktrisa Canan Hoşgör məhəkəməyə müraciət edərək 200 min dollarının oğurlandığını bildirib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktrisa dostunun onu yaxta gəzintisinə dəvət etdiyini və hər şeyin bundan sonra baş verdiyini bildirib.
Canan deyib ki, dostu onun çayına dərman atıb. Özünü pis hiss edən aktrisa dostunun evinə gedib və yatıb. Səhər oyandıqda isə pulların olmadığını görüb.
Dostu isə evə oğru girdiyini və hər şeyi götürdüyünü söyləyib. Polisin araşdırması zamanı şəxsin evindən külli miqdarda pullar tapılıb.