Qadin.NET / Türklər təyyarəni kitabxana etdilər - FOTO

Türklər təyyarəni kitabxana etdilər - FOTO

Türklər təyyarəni kitabxana etdilər - FOTO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki vədləri sırasında yer alan “Millət qiraətxanası” layihəsi Kastamonu bələdiyyəsi tərəfindən reallaşdırılıb.

Qadin.Net teleqraf-a istinadla xəbər verir ki, köhnə sərnişin təyyarəsi Boing 737 Kastamonu millət qiraətxanası kimi ziyarətçilərin istifadəsinə verilib.

Uçuş ömrünü başa çatdırdığı üçün İstanbulda satışa çıxarılan təyyarə Kastamonu bələdiyyəsi tərəfindən alınıb. Təyyarə hissələrə ayrılaraq tırlar vasitəsilə Kastamonuya gətirilib.
Şəhərdə bərpa olunan təyyarə çay və şirniyyat təklif edilən kitabxana formasına salınıb. Ərdoğanın vəd etdiyi kimi qiratxanada çay və şirniyyatla kitab oxunub.

Türklər təyyarəni kitabxana etdilər - FOTO

Türklər təyyarəni kitabxana etdilər - FOTO


21 iyul 2018
GO BACK