Qadin.NET / Bəşəriyyətin ən zəngin adamı

Bəşəriyyətin ən zəngin adamı

Bəşəriyyətin ən zəngin adamı


ABŞ-ın "Amazon" və "Blue Origin" şirkətlərinin sahibi Ceff Bezos "Bloomberg"in versiyasına əsasən tarixin ən zəngin insanı olub.

Qadin.Net lent.az-a istinadən xəbər verir ki, 16 iyul 2018-ci il səhər saatlarında iş adamının sərvəti 150 milyard dollara çatıb. Bununla da, o, "Microsoft" korporasiyasının yaradıcısı Bill Geytsin rekordunu təzələyib və ötüb. 1999-cu ildə B. Geytsin sərvətinin miqdarı 100 milyard dollar (indiki məzənnə ilə 149 milyard) olmuşdu.

Beləliklə, "Amazon"un rəhbəri bəşər tarixinin - ən azı "Forbes"un ilk dəfə ən zəngin adamların reytinqini tərtib etdiyi 1982-ci ildən bəri - ən varlı insanı adını qazanıb.

Qeyd edək ki, C. Bezos ilk dəfə bir il əvvəl - 2017-ci ilin iyulunda dünya zənginlərinin siyahısında birinciliyə yüksəlib. "Forbes" həmin vaxt onun sərvətini 90,6 milyard dollar həcmində qiymətləndirib. 

19 iyul 2018
GO BACK