Qadin.NET / Məktəbi 1,5 ilə bitirib Universitetə başlayan superzəkalı uşaq-FOTO

Məktəbi 1,5 ilə bitirib Universitetə başlayan superzəkalı uşaq-FOTO

Məktəbi 1,5 ilə bitirib Universitetə başlayan superzəkalı uşaq-FOTO


Belçikanın Brüqqe şəhərinin sakini olan 8 yaşlı Louran Simon 1,5 ilə məktəbi bitirib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məktəbi uğurla yekunlaşdıran Simon tətil bitdikdən sonra universitetə qəbul olmağa hazırlaşır.

Artıq Avropanın bir çox prestijli universitetləri ağıllı oğlanı qəbul etməyə hazır olduqlarını bildiriblər.

Onun IQ-sünün 145 ball olduğu deyilir.

Məktəbi 1,5 ilə bitirib Universitetə başlayan superzəkalı uşaq-FOTO


Mütəxəssislər fikrincə, illər keçdikcə Simonun intellekti artaraq Albert Enşteyn və Stiven Hokinqə çatacaq.

Simon jurnalistlərə açıqlamasında gələcəkdə kosmonavt, cərrah yaxud proqramçı olmaq istədiyini bildirib. Onun sevimli fənni riyaziyyatdır. Balaca vunderkind eyni zamanda tibb və rəqəmsal texnologiya ilə də maraqlandığını söyləyib. O, bütün boş vaxtını təhsilə, oxumağa və ya şahmat oynamağa sərf edir.

19 iyul 2018
GO BACK