Qadin.NET / Dünyanın Ən Qeyri-adi EVLİLİK TƏKLİFİ вЂ“ VİDEO

Dünyanın Ən Qeyri-adi EVLİLİK TƏKLİFİ вЂ“ VİDEO

Dünyanın Ən Qeyri-adi EVLİLİK TƏKLİFİ вЂ“ VİDEO


Türkiyəli müğənni Ece Seçkinə sevgilisi Çağrı Terlemez Afrika qəbiləsinin ortasında evlənmə təklifi edib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu evlilik dünyanın ən qeyri-adi evlənmə təklifi adlandırılıb. Təəccübünü gizlətməyən müğənni göz yaşları içərisində "Bəli" cavabını verib.

Evlilik təklifi aldığı anların videosunu İnstaqram hesabından bölüşən Ece hisslərini belə ifadə edib: “Güman edirəm ki, bu, dünyanın ən çılğın evlənmə təkliflərindən biri idi, sanki ayaqlarım üzülmüşdü. Sonsuza qədər davam etməsini istədiyim tərəddüdsüz bir "hə" çıxdı ağzımdan. Bütün bu sürpriz və yaşadığım həyəcan sanki yuxu kimi idi. Nə hiss etdiyimi izah etməyə məncə, ehtiyac yoxdur, onsuz da gözlərimdən məlumdur. Və yenə də səninlə çıxdığımız bu səfərə, həqiqi eşqə, saf məhəbbətə və sənə bir an belə düşünmədən "hə" deyirəm".

Seçkin o anları belə izah edib: "Qəbilə, ritualı yerinə yetirmək üçün Çağrıya yerli paltar geyindirmişdi. Ətrafımızda ənənəvi rəqslərini edirdilər, sanki bir mərasim idi. Sonra bizi yorğanın altına aldılar və bir-birimizə əbədi sahib çıxaq deyə öyüd-nəsihət verdilər. Çağrıya qəbilə rəisinin əli ilə düzəltdiyi gerçək bir nizə hədiyyə edildi. Nizənin rəmzi mənası odur ki, kişi ailəsini hər zaman qorumalıdır”.

Dünyanın Ən Qeyri-adi EVLİLİK TƏKLİFİ вЂ“ VİDEO


18 iyul 2018
GO BACK