Azərbaycanın builki "Eurovision" təmsilçisi Aysel Məmmədova (Aisel) yeni klipini təqdim edib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, müğənni söz və musiqisi özünə məxsus olan "More Emotion" mahnısını ekranlaşdırmaq qərarına gəlib.
O, bunun üçün Azər Jafara müraciət edib. Klip bu gün sənətçinin "Youtube" səhifəsində yayımlanıb.
Qeyd edək ki, bu, Ayselin "Eurovision" mahnı müsabiqəsindən sonra təqdim etdiyi ilk klipdir.