Xəbər verdiyimiz kimi, iyul ayının 14-də Ağalarovların Moskvadakı malikanəsində Xalq artisti, müğənni-bəstəkar, tanınmış iş adamı Emin Ağalarov ikinci dəfə ailə qurdu. O, bir müddətdir bərabər olduğu sevgilisi, məşhur model Alyona Qavrilovayla evləndi.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, Alyona Qavrolova toyu üçün gəlinliyini “Monique Lhuillier” moda evindən seçib. Balıq formasında olan sadə gəlinliyin qiyməti 3000 dollar, təxminən 5100 manatdır.
Xatırladaq ki, model Alyona Qavrilova 1987-ci ildə Mordoviyanın paytaxtı Saransk şəhərində anadan olub. O, ilk dəfə 17 yaşında "Miss Mordoviya-2004" gözəllik müsabiqəsində iştirak edib. Müsabiqədə birinci yeri tutan Alyona qələbəsindən sonra model kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda həm model, həm də biznes ladi olan Alyona bir neçə gözəllik salonlarının sahibəsidir.