30 yaşlı dünya şöhrətli müğənni Rihanna sarışın olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rihanna imicində radikal dəyişiklik etmək qərarına gəlib.
Uzun müddətdir ki, tünd qara saçlarda gəzən ulduz onları sarı ilə əvəz edib. Müğənni yeni görüntüsünü artıq instaqramda izləyiciləri ilə paylaşıb.
O, hələ ki, yeni saçları ilə ictimaiyyət qarşısına çıxmayıb. Bəzi stilistlər ehtimal edir ki, başındakı parik də ola bilər.