Qadin.NET / Prezident İlham Əliyev qəzetlərə maliyyə yardımı ayırıb

Prezident İlham Əliyev qəzetlərə maliyyə yardımı ayırıb

Prezident İlham Əliyev qəzetlərə maliyyə yardımı ayırıb


Prezident İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması barədə sərəncam imzalayıb.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, sərəncama görə, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılır.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

16 iyul 2018
GO BACK