Qadin.NET / Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar

Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar

Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar


63 yaşlı Bryus Uillis və 55 yaşlı Demi Mur "Comedy Central Roast" adlı şouya qatılıblar. 
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktyor buraxılışın əsas qonağı olub. Bura təkcə onun keçmiş arvadı Mur yox, Edvard Norton, Cozef Qordon-Levitt, Mart Styuart və başqaları da qonaq olublar. 
Çıxışı zamanı Demi Mur Uillislə ər-arvad olduqları dönəmlə bağlı gülməli açıqlama verib. Cütlük 13 il birlikdə olub və onların 29 yaşlı Rumer, 26 yaşlı Skaut və 24 yaşlı Talula adlı üç qız övladı var. 
"Düşünürəm ki, bizim ailə həyatımız "Altıncı hiss" filminə bənzəyir. Çünki sən hər zaman ölü oldun" deyə, aktrisa zarafat edib. 
Qeyd edək ki, hazırda Uillis 40 yaşlı model Emmi Heminqlə ailəlidir.
Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar

Demi Mur və Bryus Uillis illər sonra eyni verilişə çıxdılar


16 iyul 2018
GO BACK