Qadin.NET / Burak gəlirini maşına xərclədi-FOTO

Burak gəlirini maşına xərclədi-FOTO

Burak gəlirini maşına xərclədi-FOTO


Burak Özçivit bir müddət əvvəl məşhur brendlərdən birinin reklam çarxında rol almışdı. 

Qadin.Net axşam.az-a istinadən bildirir ki, Özçivit özünə 1998-ci il modeli olan "Mercedes" həyat yoldaşı Fahriye Evcenə isə 500 min lirəlik (təxminən 250 min manat) avtomobil hədiyyə etmişdi. 

Yeni çəkildiyi reklamdan 2 milyon lirə (təxminən 1 milyon manat) qazanan Burakın 6-ya qədər avtomobili var. Buna görə də aktyorun yaşadığı ərazidə qonşuları ilə arasında qalmaqal baş verib. Qonşuları avtomobillərini saxlamağa yer tapmamaqda şikayətlənib. 

Buna görə də Burak bir avtomobil dayanacağı ilə razılığa gəlib. O, bundan sonra maşınlarını həmin dayanacaqda yerləşdirəcək.

16 iyul 2018
GO BACK