Qadin.NET / Melanya Trump Helsinkiyə paltoda getdi-FOTO

Melanya Trump Helsinkiyə paltoda getdi-FOTO

Melanya Trump Helsinkiyə paltoda getdi-FOTO


ABŞ-ın birinci xanımı Melanya Tramp prezident Donald Trampla Helsinkiyə gəldi. Melanya dəbli, amma yay istisinə uyğun olmayan şəkildə geyinmişdi.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu haqda “Ilta-Lehti” qəzeti yazıb.

“Melanya təyyarədən ərindən əvvəl çıxdı və onların arasında məsafə var idi. Helsinkidə müsbət 28 dərəcə tempuratur var idi, amma Melanya daha sərin iqlimə uyğun geyinmişdi. Melanyanın geyimi qəhvəyi şalvar, ağ yaxayla köynək və açıq-boz paltodan ibarət idi”, - qəzet qeyd edib.

Qeyd edək ki, Tramp cütlüyü Finlandiyaya Böyük Britaniyadan gəlib. Ağ Evin başçısı bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

16 iyul 2018
GO BACK