Həmişə olduğu kimi yenə Böyük Britaniyanın kral ailəsi dünyanın diqqət mərkəzindədir. Keçmiş aktrisa və bloger Şahzadə Harrinin xanımı Meqan Markl isə nəzərlərin tam mərkəzində durur.
Son vaxtlar hər kəs onun bir ölçü böyük ayaqqabısından danışır. Meqan bütün tədbirlərə ayağına bir ölçü böyük olan ayaqqabı geyinir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, dünya şöhrətli fəşn-ekspert Harriet Deyvi bu qəribə təcrübəni izah edib: "Adətən ulduzar və tanınmışlar özlərinə bir ölçü böyük ayaqqabı seçirlər. Bildiyiniz kimi gün ərzində ayağımızın ölçüsü də böyüyür. Gün ərzində ayaqüstə qalmaq, çox hərəkət etmək bu prosesi tezləşdirir. Odur ki, şahzadə xanımın bu seçimi təbiidir".
Deyvi qeyd edib ki, ayaqlar şişənədə barmaqların altına pampıq distklər qoyulur ki, hərəkt etmək rahat olsun.