Qadin.NET / Stiven Siqal Bakıya gəlir

Stiven Siqal Bakıya gəlir

Stiven Siqal Bakıya gəlir


Hollivud ulduzu Stiven Siqal bu ayın sonunda Bakıya gələcək. 

Qadin.Net axşam.az-ın məlumatına görə, o, "Jara 2018" beynəlxalq musiqi festivalının qonaqları sırasında yer alacaq. Bu haqda xalq artisti Emin Ağalarov "Glamour" dərgisinə müsahibəsində deyib. 

"Jara"nın təşkilatçısı bildirib ki, tamaşaçılar üçün böyük sürpriz hazırlayıb. "Stiven Siqalın gəlişi əsl sürpriz olacaq. O, böyük əfsanədir" deyə, Emin sözlərinə əlavə edib.

Aktyor festivalda mahnı da ifa edəcək.
14 iyul 2018
GO BACK