Qadin.NET / Ən çirkin it üçün cənazə mərasimi-FOTO

Ən çirkin it üçün cənazə mərasimi-FOTO

Ən çirkin it üçün cənazə mərasimi-FOTO


Dünyanın ən çirkin iti olaraq məşhurlaşan Zsa Zsa doqquz yaşında öldü.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərində hər il ənənəvi olaraq keçirilən "Dünyanın ən çirkin iti" müsabiqəsində Yer kürəsinin ən çirkin iti seçilən ingilis bulldoqu sahibi Meqan Brainarda 500 dollar pul mükafatı qazandırmışdı.

Zsa Zsa ləqəbli it müsabiqədən dərhal sonra müxtəlif TV proqramlarında iştirak etmək üçün sahibi ilə birlikdə Nyu-Yorka gedir. Yaşına görə vəziyyəti ağırlaşan Zsa Zsa ölür. İtinin ölümünə görə dərin bir kədər içində olduğunu deyən Meqan Brainard Zsa Zsa üçün evinin həyətində xüsusi cənazə mərasimi təşkil edib.

Meqan Brainard və 15 aylıq qızı Mareslin Zsa Zsanı öpərək onunla vidalaşıblar.


Ən çirkin it üçün cənazə mərasimi-FOTO

Ən çirkin it üçün cənazə mərasimi-FOTO

Ən çirkin it üçün cənazə mərasimi-FOTO


14 iyul 2018
GO BACK