Qadin.NET / "Ginnesin"ən uzun dırnağına sahib şəxs onları kəsdi-FOTO

"Ginnesin"ən uzun dırnağına sahib şəxs onları kəsdi-FOTO

"Ginnesin"ən uzun dırnağına sahib şəxs onları kəsdi-FOTO


Dünyanın ən uzun dırnaqlarına sahib hindistanlı Şiridhal Cilal gözlənilməz addım atıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 66 ildir dırnaqlarını kəsməyən Cilal onları 910 santimetrədək uzadıb.


2014-cü ildə “Ginnesin Rekordlar kitabı”na düşən 83 yaşlı kişi onlardan azad olaraq, Nyu-Yorkdakı muzeylərdən birinə bağışlayıb. Şiridhalın dırnaqları həkim tərəfindən kəsilib.

Cilal dırnağa olan həvəsi və çətinliklərdən danışıb. O bildirib ki, dırnağını məktəb illərində başına gələn bir hadisədən sonra uzatmaq fikrinə düşüb:

"Bir gün məktəbdə bir müəllimin dırnağını qırdığımız üçün mən və sinif yoldaşım cəzalandıq. Müəllim dedi ki, biz hələ balacayıq və dırnaq uzatmağın nə işə yaradığını anlamırıq. Ondan sonra mən də dırnağımı uzatmaq qərarına gəldim. Bu, çox çətin prosesdir. Yatanda tez-tez oyanıb baxırsan ki, dırnağın qırılıb, ya yox. Çox zaman sənə mane də ola bilir". 


"Ginnesin"ən uzun dırnağına sahib şəxs onları kəsdi-FOTO


14 iyul 2018
GO BACK