Dünən “Vogue” ispan jurnalının 30 yaşı tamam olub.
Qadin.Net Publika.az -a istinadən xəbər verir ki, bu münasibətlə Madriddə tədbir təşkil olunub. Gecədə İrina Şeyk, Kayli Minoq, Edrian Broudi, Karli Kross, Bar Rafaeli və s. kino və musiqi dünyasının bir çox tanınmış nümayəndəsi iştirak edib.Rusiyalı model İrina Şeyk təbirə parlaq, lakin kifayət qədər qapalı və təmkinli libasda gəlib. Modapərəst izləyiciləri İriananın “Isabel Marant”dan olan bənövşəyi libasını bəyənməyib. Bildiriblər ki, paltarın fasonu mənasız görünür. Ulduzun yeni kəkilləri də pərəstişkarlarının ürəyincə olmayıb.Modeli isə belə tənqidlər qətiyyən narahat etmir. Belə görünür ki, o, bu geyimdə özünü çox rahat hiss edib, əla əhval-ruhiyyədə olub və həmkarları ilə vaxt şən keçirib.