Ledi Diananın ölümündən uzun illər keçsə də övladlarının olan olan sevgiləri azalmır. Hətta bu yaxınlarda ailə quran Şahzadə Harrinin toyunda anasının varlığını duymaq üçün əlindən gələni etmişdi. Harri toy zamanı kilsədə atasının sol yanındakı kürsünün boş qalmasını istəmişdi. O, qəlbən inanırdı ki, anasının ruhu mütləq gələcək. Həmçinin həyat yoldaşına sevimli anası Diananın əfsanəvi üzüyünü hədiyyə etdi. Meqanın əlindəki gül buketi də Diananın sevimli çiçəklərindən yığılmışdı.
Şahzadə Uiliyam da anasını ən az qardaşı qədər sevir. Hətta o, özündə cəsarət toplayıb, Ledi Diana haqda olduqca təsirli sözlər dilə gətirib. Habelə anasına son sözünü də media ilə bölüşüb.
Qadin.Net publika.az-a istinadən bildirir ki, Uiliyam anasını xanımı ilə tanış edə bilmədiyi üçün kədərini ifadə edib:
"Anam hər an hər cür çılğınlıq etməyə hazır körpə uşaq kimi idi. Öz uşaqlarıma onun haqda çox danışıram. İstəyirəm nənələrini tanıyaraq böyüsünlər. Əminəm ki, anam çox gözəl nənə olardı. Nənəliyi də digərlərindən fərqlənərdi. Məsələn, uşaqları hamamda çimdirəndə hər yeri sabun köpüklərinə bürüyərdi. Onunla hər şey bayram olardı. Valideynlərim rəsmi boşanandan sonra anam “zati aliləri” titulundan məhrum edildi. Etiket qaydalarına görə, bu hadisədən sonra o, hətta mənim və qardaşımın önündə də baş əyməli idi. Anamın ölümündən bir neçə gün öncə onunla söhbət edirdik. Ona dedim ki, mən bir gün mütləq kral olacam və öz yüksək titulunu geri qaytaracam".