Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO zirvəsində iştirak edən dünya liderlərinə yoldaşlıq edən birinci xanımların fotosu gündəm olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, sammitdə qonaq olan birinci ledilər xatirə fotosu çəkdirib. Fotoda təkcə bir kişi yer alıb. Bu da Lüksemburqun homoseksual baş naziri Xavyer Bettelin həyat yoldaşı Qater Detenay olub.
Beləliklə, fotoçəkdirmə mərasimində “birinci xanım” termini “birinci yoldaş” ilə əvəzlənib.