Bu gün 2018-ci ilin ikinci Günəş tutulması hadisəsi artıq başlayıb.
Qadin.Net bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasından trend-ə verilən məlumata görə, Bakı vaxtı ilə saat 05:48-də başlayan Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq.
Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.
Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.