Qadin.NET / Azərbaycana turist axını olacaq

Azərbaycana turist axını olacaq

Azərbaycana turist axını olacaq


Qadin.Net xəbər verir ki, bunu trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, ölkəyə əsas turist axını ərəb ölkələrindən gözlənilir:

"Artıq ölkədə, əsasən, regionlarda böyük sayda mehmanxana nömrələri bronlanıb. Qəbələ, Şəki və Quba kimi kurort zonaları tam dolub. Turistlər ötən il olduğu kimi bu il də əsasən ərəb ölkələrindən gəlir. Ümumilikdə gözlənilir ki, ərəb ölkələrindən turistlərin sayı digər ölkələrdən gələnlərin sayından çox olacaq. Amma qeyd etmək lazımdır ki, Azərbaycan hər il Avropa, Asiya və Amerikadan gələn turistlər üçün daha çox cəlbedici olur. Bu il Səudiyyə Ərəbistanından turistlərin sayının əhəmiyyətli dərəcədə artacağını gözləyirik. Bunun səbəbi iki ölkə arasında bir neçə birbaşa reysin açılmasıdır".

Azərbaycanlı turistlərin əsas gediş istiqamətlərindən danışan N.Bağırov Türkiyə, Gürcüstan və Monteneqronu qeyd edib:

"Təyyarə ilə səyahət edən azərbaycanlı turistlər üçün əsas istiqamət Türkiyə, xüsusilə İstanbul, Bodrum, İzmir və Antalyadır. Daha sonra Avropa ölkələri, əsasən də ölkəmizlə birbaşa aviaəlaqəsi olan Monteneqro gəlir. Yerüstü nəqliyyatla səyahət edən turistlərə gəlincə, əsas turist axını bu yay Gürcüstana gedəcək. Bu ilk növbədə onunla bağlıdır ki, Azərbaycan daxilində olan hotel və istirahət mərkəzləri artıq dolub. Gürcüstan isə yerüstü nəqliyyatla getmək mümkün olan ən yaxın ölkədir".

10 iyul 2018
GO BACK