Qadin.NET / Castin Biber nişanlandı-FOTO

Castin Biber nişanlandı-FOTO

Castin Biber nişanlandı-FOTO


Məşhur kanadalı müğənni Castin Biber amerikalı model və aparıcı Heyli Bolduinlə nişanlanıb. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 24 yaşlı Heyli Alek Bolduinin balaca qardaşı Stivenin qızıdır. 

O, 2017-ci ildə "Maxim" dərgisinin "Dünyanın ən gözəl qadını" siyahısında yer alıb. Həmin ildə model "FN Achievement Awards" gecəsində "Dünyanın ən stilni qızı" titulunu alıb.

Castin və nişanlısı 2015-2016-cı illərdə sevgili olublar. Bir müddət sonra cütlük ayrılıb, Biber müğənni son beş ildə dəfələrlə ayrılıb-barışdığı Selena Qomesə geri dönüb. 

Castin Selena ilə ayrıldıqdan sonra iyunda Heyli ilə görüşməyə başlayıb. İyulun ilk günlərində isə cütlük Baham adalarındakı restoranlardan birində nişanlanıb. 

Castin Biber nişanlandı-FOTO

Castin Biber nişanlandı-FOTO


9 iyul 2018
GO BACK