İyulun 14-də toya hazırlaşan Can Bonomo ilə Öykü Karayel qonaqlara qadağa qoyub.
Qadin.Net Publika.az -a istinadən xəbər verir ki, bir müddətdir sevgili olan aktrisa Öykü Karayel ilə müğənni Can Bonomo evlənməyə hazırlaşır. Ulduz cütlüyün toyu iyulun 14-də baş tutacaq.
Toy dəvətnamələrini sosial media vasitəsilə göndərən ulduzlar qonaqlardan xahiş edib ki, şəkillərini instaqramda paylaşmasınlar: "Toy gecəsi çəkdiyiniz fotoşəkilləri xahiş edirik ki, sosial mediada istifadə etməyin".
İddialara görə, toy axşamı məkanda telefon istifadə etmək qadağan olunacaq.