İngiltərədə toylardan biri futbola görə təxirə salına bilər.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Rusiyada keçirilən DÇ-2018-in 1/4 finalında bu gün İngiltərə və İsveç yığmaları qarşılaşacaqlar.
Gəlin isə toyunu "futbolsuz ziyafət" elan edib. Toyun dəvətnamələrində yazılmışdı ki, qonaqlar toyda futbola baxa bilməyəcəklər. Üstəlik, İngiltərə-İsveç matçının gedişatını izləmək üçün qonaqlara istənilən qacetlərdən istifadə yasaqlanıb.
Bu səbəbdən qonaqların tam əksəriyyəti toya getməkdən imtina edib.