Qadin.NET / Twitter bir aya 70 milyondan artıq hesabı blok edib

Twitter bir aya 70 milyondan artıq hesabı blok edib

Twitter bir aya 70 milyondan artıq hesabı blok edib


"Twitter" sosial şəbəkəsi may ayından 70 milyondan artıq saxta və şübhəli hesabı blok edib.

Qadin.Net trendə istinadən bildirir ki, sosial şəbəkə hər gün ərzində təqribən bir milyon hesab blok edib.

2017-ci ilin oktyabr ayından sosial şəbəkə saxta hesablarla mübarizədə fəallığı iki dəfə artırıb. "Twitter" qəzetin təqdim etdiyi hesabatdakı rəqəmləri təsdiq edib.

"The Washington Post" qeyd edir ki, sosial şəbəkə may ayında platformanın istifadəçilərin mənfi davranışlarını müəyyən etmək üçün istifadə etdiyi alqoritmlərdə böyük dəyişikliklər edildiyini bildirib. Sosial şəbəkə gələn həftə əlavə tədbirlər haqqında elan etmək niyyətindədir.

7 iyul 2018
GO BACK