Şahzadə Harri ilə ailə qurduqdan sonra daha da populyarlaşan Meqan Marklın qarderobuna noyabr ayından bəri 1 milyon dollardan çox pul xərclənib.
Qadin.Net Publika.az -a istinadən xəbər verir ki, mütəxəssis Keyt Nikola Sassekskaya hersoginyasının geyim və aksessuar kolleksiyasındakı bəzi geyimlərin qiymətini açıqlayıb. O, bildirib ki, Marklın “Givency” markasına aid olan gəlinlik paltarının dəyəri 435 min dollardan bahadır, 157 min dollar civarındakı ikinci gəlinliyini isə “Stella Mccartney”-dən seçib.
36 yaşlı hersoginyanın kral tədbirlərində geydiyi digər geyimləri də çox bahadır.