Müğənni Alişan xanımı Buse Varolla yeni fotosunu paylaşıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçının şəkli altına yazılan bir şərh onu bərk əsəbiləşdirib. İzləyicilərdən biri fotonun altına belə yazıb:
"Burada yeni evləniblər. Nə tez hamilə oldu. Açıq deyin ki, bu iş daha əvvəl olub. Milləti niyə axmaq yerinə qoyublar, bilmirlər ki, axmaq özləridir"
Şərhi görən Alişan hislərinə hakim ola bilməyib. O, həmin sosial şəbəkə istifadəçisini məhkəməyə verəcəyini qeyd edib:
"Arvadım 7 həftəlik hamilədir. Biz isə 8 həftədir evliyik. Cinsiyyət isə 3 ayında bilinir. Bunu da öyrən, araşdır. Bir də bu söylədiklərini məhkəmədə də deyərsən".